Culfa, Qazax, Naxçıvan, Ordubad, Zəngilan
Vəhşi qoç. □ Oyçu Mansır bir arğalı vurmuşdu; Arğalı kimi mələdi (Qazax); Arğalı yaman bijdi, onu hələm-hələm vurmağ olmır (Zəngilan); Mən arğalı görmüşəm, irəngi göyümsoy olordu, özü də qəyalarda olordu, buynuzdarı da çox uzun, yaxşı qətiyyətdi olordu (Qazax).
Qazax
Yaraşıqlı, gözəxoş (inək). □ Arğalı inəyim var.
Azərbaycan dilinin dialektoloji lüğəti