Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

uralamax

Ağdam, Başkeçid, Borçalı, Cəbrayıl, Gədəbəy, Göyçay, Mingəçevir, Tovuz, Zəngilan

Bax: oralamax□ Bosdanı uralıyıf ya:nı ki tay qutarıf; İki günnən so:ra bosdanı uralıyajıyıx, onda gələrsən (Ağdam); Bosdan uralıyıllar, gedin siz də qıradan-zaddan yığın gətirin (Zəngilan); Qartof qazınınnan sonra uraləax gedəx' yerini (Gədəbəy); Ay uşax, gedin döələx’ləri uralıyın (Borçalı); Böyün qalxozun bosdanını uralayacaxlar (Cəbrayıl).

Azərbaycan dilinin dialektoloji lüğəti

urcah

Ağbaba, Ağdam, Cəlilabad, Gədəbəy, Hamamlı, İsmayıllı, Şahbuz, Şərur, Tovuz

Urcah olmax: bax: uyurcah olmax□ Səhər-səhər bilmirəm, sən mənə hardan urcah oldun; Bu mənə hardan urcah oldu? (Ağdam); Blimerəm, hardan urcah oldum muna özüm də (Gədəbəy); Bi sə:rki bi adam gedey urcah oley olara (Cəlilabad); Bı yannan o da mənə urcah oldu (Şahbuz).

Azərbaycan dilinin dialektoloji lüğəti

urcan

Basarkeçər

Bax: urğan□ Haravanın urcanı qırıldı, ot düşdü töküldü.

Azərbaycan dilinin dialektoloji lüğəti