Hamamlı, Tovuz
Əyirilmiş ipdəki artıq tükləri təmizləmək üçün alət. □ Sıyrığnan ipin üsdünü təmizderix', ipin üsdündəki artıx tüx'ləri sıyrıf tökör, ipi nazilder (Hamamlı).
Balakən
Dırmıq. □ Soğan ləkini sıyrıxnan qayirmişəm; Tükənnən bir dənə sıyrığ almışam.
Azərbaycan dilinin dialektoloji lüğəti