Ağbaba, Basarkeçər, Beyləqan, Biləsuvar, Culfa, Füzuli, Kürdəmir, Qarakilsə, Ordubad, Şərur, Tərtər
3-dən yuxarı yaşı olan erkək qoyun. □ Qaradişin əti yağlı olur (Tərtər); Erkək qısmı dördə addıyanda olur qaradiş (Füzuli); Qalxozda xeyli qaradiş var (Ağbaba); Bizim sürüdəki qaradiş yaman adam vurandı (Biləsuvar).
Azərbaycan dilinin dialektoloji lüğəti