Dərbənd, İsmayıllı, Quba, Şamaxı
Kəvər, göy soğana oxşayan yabanı bitki adı. □ Bu yil meşədə pəl çux ulub (Quba); Pəldən uladu yəxşi çüdü (Dərbənd); Nənəm bu yün pəl qutabı bişirib (İsmayıllı); Bazarda pəlün dəsdəsi iki şahıyadı (Şamaxı).
Şamaxı
Çilink (çilingağac oyununda). □ O, pəli bir bıra at!
See also:
Azərbaycan dilinin dialektoloji lüğətiAğcabədi, Cəbrayıl, Gəncə, İsmayıllı, Kürdəmir, Qazax, Mingəçevir, Şəki, Şəmkir, Tovuz
Buynuzları yanlara əyilmiş qulaqları sallaq (heyvan). □ Pələ öküz qoçağ olur, yaxşı işdiyir (Ağcabədi); Pələ heyvanın buynuzu bərk olar (Qazax); Bizim inəx' pələdi (Tovuz); Pələ öküz yaxşı olar (Şəki).
Azərbaycan dilinin dialektoloji lüğəti