Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

nıxçamax1

Basarkeçər, Gəncə, Qarakilsə, Zəngilan

Bax: nıxlamax. □ Pambı:n hamısın nıxçamısan bıra, heş yerdən qaldırmağ olmur (Zəngilan); Bərk nıxça çualı (Gəncə).

nıxçamax2

Basarkeçər, Qarakilsə

Vurmaq. □ Ağzının üsdə elə nıxçadım kı, yerində qaldı (Basarkeçər).

Azərbaycan dilinin dialektoloji lüğəti

nıxçımax

Tovuz

Bax: nıxlamax□ Nərman maşına yaman çox odun nıxçıyıf.

Azərbaycan dilinin dialektoloji lüğəti

nırqız

Füzuli, Qarakilsə, Meğri, Ordubad, Ucar

Bax: nıqqız□ Mö:lan yaman nırqız adamdı (Ordubad); O, yaman nırqız adamdı, onnan bir qəpix' çıxmaz (Füzuli).

Azərbaycan dilinin dialektoloji lüğəti