Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

mürə

Ordubad

Bax: mora□ Mürədən su gəlmir; Əkin yerin ortasınnan heşnən açılan arxa mürə deyərıx.

Azərbaycan dilinin dialektoloji lüğəti

mürgənə

Ağdaş, Lənkəran, Mingəçevir

1. Bax: mürgə□ Paltonumu mürgənə vurub (Lənkəran).

2. Ağacqurdu (Ağdaş). □ Alçaya mürgənə düşüb.

Azərbaycan dilinin dialektoloji lüğəti

mürt

Cəbrayıl, Şəmkir

1. Bax: mırt (Şəmkir). □ Eymə mürt bağleyif qazı.

2. Pas (Cəbrayıl). □ Dəmiri mürt yeyif.

Azərbaycan dilinin dialektoloji lüğəti

müsdahax

Çənbərək

Bax: müsdahaq□ Əmirullah bir ildi kin, müsdahax qalıf; Heş şey umma müsdahax adamnan.

Azərbaycan dilinin dialektoloji lüğəti