Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

meyzər1

Goranboy, Qax, Mingəçevir, Naxçıvan, Şəki, Zaqatala

Bax: mayzər□ Qavaxlar qızdar, arvaddar - hammı meyzər taxardı (Şəki).

meyzər2

Şamaxı

Üstünə tut çırpmaq üçün parça.

Azərbaycan dilinin dialektoloji lüğəti

mezər1

Cəbrayıl, Kəlbəcər, Qax, Qarakilsə, Ordubad, Şuşa

Bax: mayzər.  Pitəv mezər də olıy, yarım mezər də (Qax); Mezər mö:kəm parçadan tikilir (Ordubad); Hərəsi bir mezər geyinir inəx' sağanda (Qarakilsə).

mezər2

Laçın, Tərtər

Yapıncını əvəz edən toxunma bürüncək. □ Mezərə bürün, elnən sürün (Tərtər).

Azərbaycan dilinin dialektoloji lüğəti

mezzər

Qax, Zaqatala

Bax: mayzər□ Gülara mezzər tikməkçün parça aldı (Qax).

Azərbaycan dilinin dialektoloji lüğəti

məcgəl

Başkeçid, Borçalı

Bax: majgal□ Məcgəl məjdən tutana deyirix' (Borçalı).

Azərbaycan dilinin dialektoloji lüğəti