Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

kürüx'

Ağdam, Basarkeçər, Hamamlı, Xanlar

Bax: kurix' Boz atın yorğa bir kürüyü var (Basarkeçər); Bu atın kürüyü nə göyçəx'di (Hamamlı).

Azərbaycan dilinin dialektoloji lüğəti

kürüşdə

Qazax

Bax: kürüş (2-ci mənaya).  Kürüşdə to:uxda olor, balıxda olor, yeməli olor.

Azərbaycan dilinin dialektoloji lüğəti

kürüşgənə

Ağcabədi, Bərdə, Tərtər

Bax: kürüş (2-ci mənaya).  Tö:üğu kəsdix', qarınnan çoxlu kürüşgənə çıxdı; Tö:üğun yumurtalığında çox olur kürüşgənə (Ağcabədi).

Azərbaycan dilinin dialektoloji lüğəti

kürüşnə1

Ağcabədi, Bərdə, Cəbrayıl, Xocavənd, Kəlbəcər, Qarakilsə, Zəngilan

Bax: kürüş Mən uşağ olmuşam, hər savax qızıl balığın kürüşnəsinnən ma: yediriflər (Xocavənd); Toyuğu nahax kəsdix', içi teyxa kürüşnədi, iki-üş günə yumurtduyaceymış (Cəbrayıl).

kürüşnə2

Lerik

Bax: kürişnə□ Bu gün kürüşnə əkdim.

Azərbaycan dilinin dialektoloji lüğəti