Quba
Dərə. □ Yağuşda keşdən su axub gələdü.
Füzuli, Meğri, Zəngilan
Nəm. □ Yeri keş əkəndə yaxşı bığda olur (Zəngilan); Nə çox quru olmasın, nə də zığ, ona biz keş de:rix' (Füzuli).
Salyan
Səhər vaxtı (səhər saat 8-dən 10-dək). □ Mən onı keşdən günortayacan gözlədim.
Yardımlı
Yumşaq. □ Peşkarun yeri keşdü, əkməgə rahatdu.
Azərbaycan dilinin dialektoloji lüğəti