Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

hoy1

Başkeçid, Gədəbəy, Qazax

Bax: ho:2 Hoy lazımdı kın, tez tikəx' toyluyu (Gədəbəy); Keçmişdə taxılı hoynanpiçerdix'; Büyün yığılıf mə:mkin, savah sə:nkin piçerdix', ona hoy de:rdix' (Qazax).

hoy2

Daşkəsən

Şiş.  Adamın bir yeri kəsiləndə, hoyloyanda sancı çiçəyini qaynadıf onun quymağını pişirif yaranın üsdünə qoyursan, hoyunu aler.

See also:

Azərbaycan dilinin dialektoloji lüğəti

hoylamax1

Daşkəsən, Goranboy, Qazax

Bax: hovlamax Adamın bir yeri kəsiləndə, hoylayanda sancı çiçəyini qaynadıf onun quymağını pişirif yaranın üsdünə qoyursan, hoyunu aler (Daşkəsən); Yaram hoyluyuf, gülxətmi xamrı qayır qoyax üsdünə (Goranboy).

hoylamax2

Çənbərək

Kollektiv kömək eləmək. □ Camahata hoylamax yaxşıdı, tütün tez qutarar.

Azərbaycan dilinin dialektoloji lüğəti