Basarkeçər, Borçalı, Qazax, Tovuz
Kotana və s. qoşulan üç cüt öküzün birinci cütü. □ Birinci cütə hodax, ikinci cütə qaraqayış, üçüncü cütə hörüx' de:rix' (Qazax).
Basarkeçər, Bərdə, Gədəbəy, Qarakilsə
Kotana qoşulmuş öküzləri sürən cütçü. □ Həsən əmi, hodağın kimdi? (Basarkeçər); Hodax sə:r tezdən tarlaya getdi (Bərdə).
Azərbaycan dilinin dialektoloji lüğətiBakı, Bərdə, Çənbərək, Gədəbəy, Goranboy, Kəlbəcər, Qazax
Uzun <adam>. □ Əhməd hoqqarın biridi (Kəlbəcər); Hoqqar adamın xəsyəti yava olor (Gədəbəy); Boran hoqqar adamdı (Bərdə).
Borçalı, Qazax
Dovdağa bənzər quş adı. □ Hoqqar uzunboğaz, hündür bir quşdu, balıx yediyinnən balığudan da de:llər (Qazax); Hoqqar quşdu, dimdiyi, boynu uzun, qışdarı da uzun olur (Borçalı).
Azərbaycan dilinin dialektoloji lüğəti