Əli Bayramlı, Göyçay, İsmayıllı, Kürdəmir, Şamaxı
1. Suqabı (Əli Bayramlı, Göyçay, Kürdəmir, Şamaxı). □ Gəlgəlnən bir suvi aşırdım (Kürdəmir).
2. Kiçik sərnic (İsmayıllı). □ Güllü gəlgəli ver, qoyunu sağım.
Hamamlı
Kiçik araba. □ Haravanın balacası gəlgəldi, böyüyü seldi; Gəlgəlnən ensiz yollarda yük aparrıx.
Tərtər
Boyunbağı. □ Gəlgəl qızıldan olur.
Lənkəran
Uşaq döşəyi.
Azərbaycan dilinin dialektoloji lüğəti