Naxçıvan, Ordubad, Şərur, Zərdab
Döşəmə. □ Fərş simetdən, torpaxdan, taxdadan olur (Naxçıvan).
Qazax, Zərdab
Tavan.
Ağdam, Bərdə, Naxçıvan, Ordubad
Döşəməyə salınan xalça, palaz; böyük palaz. □ Fərşi biz yunnan, irəngli ifdən toxuyurux (Bərdə); Yerə fərş salırıx (Ordubad).
Zərdab
Tir.
Naxçıvan
Dərinlik. □ Əriy ağacı bırda çox yaşamır, yerin fərşinə getmir.
Bakı
Bax: farş. □ Fantaldan qızdar fərşnən çiyinnərində su daşıyıllar.
Azərbaycan dilinin dialektoloji lüğəti