Bakı
Cığ <dəniz otu>. □ Cığcığa dərməkçün anam cığcığalığa gedmişdi.
Culfa, Gəncə, Şərur
Bəzək şeyləri. □ Cığcığanı dövlətdi boynuna asardı (Şərur); Xalamın gəlininin saçına da cığcığa vurmuşdular (Gəncə); A bala, get bir başdıx cığcığa al gəti (Gəncə).
Oğuz
Qozdan hazırlanmış uşaq oyuncağı. □ Çağır bu uşağı, cığcığasını ver, oynasın.
Azərbaycan dilinin dialektoloji lüğəti