Basarkeçər, Borçalı, Gədəbəy, Hamamlı, Xocavənd, Qazax, Tovuz
1. Qadın işinə qarışan kişi (Basarkeçər). □ Qadınnarın işinə qarışan kişiyə əfci de:rix'.
2. Xırdaçı, çürükçü (Borçalı, Gədəbəy, Qazax). □ Əfci yaramaz sözdər danışer, bekara sözdər danışer (Borçalı); Yaman əfcisən ha (Qazax); Nəbi yaman əfci kişidi; İrəşit yaman əfcidi, hər şeyə qarışar öydə (Gədəbəy).
Mingəçevir
Xəbərçi, sözgəzdirən.
Azərbaycan dilinin dialektoloji lüğəti