Ağdam, Cəbrayıl, Çənbərək, Gədəbəy, Laçın, Şahbuz, Şuşa, Zəngilan
Bax: şuldum2. □ Qulu şulum şeydi, onnan heş şey umma (Çənbərək); Yeka oğlansan, niya bela şulum uşax olmusan? (Laçın); Şulum adam yeyib-içmasini düzgün bilmaz, başmağın şürüyar, huşsuz olar (Şahbuz).
Şəmkir
Boş. □ Gaveyi toxuyanda hüvüyü barx' vurmayanda gava şulum oler.
Cəbrayıl
İsrafçı.
İmişli
Yüngülxasiyyətli.
Çənbərək, Gədəbəy, Xanlar
1. Avara, işsiz.
2. Boş-boşuna gəzən. □ İxdiyar gündüzü axşamatan aralıxlarda şulum gazir (Çənbərək); Bu it çox şulum gazir (Xanlar).
Azərbaycan dilinin dialektoloji lüğəti