Balakən
Şaxdan və ya iri çubuqlardan hörülmüş çəpər, hasar. □ Qalxozçular bağın ətrafına şivər çəkib qurtardılar.
Qəbələ
Evin damında divarla taxtapuş arasındakı yer. □ Mən tövlə tikdirmişəm, şivəri də var.
Tovuz
Dağın, təpənin ətəyi. □ Söyünə deynən şivərdə bir əz ot var, otarsın.
Tovuz
Suyun qarşısını kəsmək üçün sədd. □ Çayın qabağına şivər qo- yurux, su bostana axer.
Şəmkir
Malın döşündə öz rəngindən fərqlənən başqa rəngli xal. □ Mə:m camışımın döşündə şivəri var; Şivər az-az heyvannardo:lur.
Şəmkir
Çayın, arxın və s. qırağında müxtəlif yabanı bitkilərdən əmələ gələn təbii çəpər. □ Şivər arxın oyuzunda-buyuzunda olo:r.
Azərbaycan dilinin dialektoloji lüğəti