Culfa, Goranboy, Şəki, Zaqatala
Qırmızı rəngli çit parça adı. □ Qabaxlar şilədən tuman geyirdix' (Goranboy); Baydax qırmızı şilədən olar (Culfa); Usdulun üstünə salan ho qırmızı parçadı şilə (Şəki).
Ağbaba, Ağdam, Borçalı, Cəbrayıl, Gədəbəy, Goranboy, Xanlar
Xörək adı. □ Düyüynən əti qarışdırıf pişiririx' olor şilə (Gədəbəy); Axşam çoxlu şilə yedim (Cəbrayıl); Şilə çəx'mədən yaxşıdı yemə: (Borçalı).
Azərbaycan dilinin dialektoloji lüğətiAğdam, Cəbrayıl, Zəngilan
Evin üstünə düzülən millər. □ Şiləsəri evin üstünə qoyullar, bir ujun atmıya bağlıyıllar, bir ujun da tufara (Ağdam); Şiləsər aldım, gətidim (Zəngilan); Ardıc ağacınnan yaxşı şiləsər olar (Cəbrayıl).
Xaçmaz, Quba
Eyvan.
Azərbaycan dilinin dialektoloji lüğəti