Ağcabədi, Ağdaş, Bakı, Bərdə, Cəbrayıl, Göyçay, Lənkəran, Tərtər, Zərdab
Düz, doğru. □ Yuxum çin çıxdı (Cəbrayıl); Nənəmin yuxusu çin oldu (Zərdab).
Kəlbəcər
Qoyunun dizi ilə topuğu arasındakı sümük. □ Qoyunun budundakı sümüyə orta sümüx' deyrıx, onnan aşağı topuğunacan olan sümüyə çin deyrıx.
Cəlilabad, Yardımlı
Sıra, cərgə. □ Evin duvarınnan qaley bi çin.
Bərdə, Cəbrayıl
Xalça, gəbə üçün əyrilmiş ip. □ Çin teyxa yunnan olur (Bərdə).
Yardımlı
Oraq. □ Kətdə zəmini çinnən də biçeylər.
Yardımlı
Dəfə, kərə. □ Bi çin gəlmişəm hələ, genə də gedəcəm.
See also:
Azərbaycan dilinin dialektoloji lüğəti