Çənbərək, Daşkəsən, Gəncə, İmişli, Qarakilsə, Qazax, Meğri, Ordubad, Şəmkir, Tovuz, Yevlax, Zəngilan
1. Yol, cığır (İmişli, Qazax, Meğri, Tovuz). □ Qoyunu çəhliminən çəx', a bala, şehə salma (Qazax); Bu çəhliminən gedəcaxsan, qavağa: bir bulax çıxecax (Meğri); Qoyunu çəhlimnən aparerdıx örüşə (İmişli).
2. İz, ləpir (Daşkəsən, Gədəbəy, Gəncə, Zəngilan). □ Avçılar ayının çəhliminə düşüf mağarasına kimi getdilər (Zəngilan); Canavarı çəhlimiynən gedif tafdıx dərədə; İt qoyunu çəhlimiynən tapıf (Gədəbəy); Taxılın qırağında mal çəhlimi var (Gəncə); Malların çəhlimin tapdım (Ordubad).
Azərbaycan dilinin dialektoloji lüğəti