Bir qurtum içki, su; bir udumda içiləcək maye.
Saği dəstində badə doldurub hər yan dolanır,
Cürəsi abi-həyat, xəstəyə dərman dolanır.
(“Dilsuz və Xəzangül”)
Çox balaca, çox kiçik, xırdaca.
Cürə sözü “kiçik saz” mənasında da işlənir.
Xoca Hasanın bir cürəsi varıdı, onu bağışlamışdı İrvahıma. İrvahım dəvənin belindəydi, qız umutluydu ki, düşüb bu otağa gələcək, amma gördü, yox, İrvahım heç düşmədi... Qız götürüb dedi:
Çiyni sazlı gedən oğlan,
Oğlan, gəl bəri, gəl bəri!
Məni dərdə salan oğlan,
Oğlan, gəl bəri, gəl bəri!
Oğlan, gəl bəri, gəl bəri!
(“İrvahım”)
*
Amba Əzizin çuxasının altında bir balaca cürə var idi... Xoca Əziz burda yavaşca sazı çıxarıb dedi... (“Məsim və Diləfruz”)
Azərbaycan dastanlarının leksikasıÇarşab sözünün əsli.
Prof. B.Əhmədov “Etimologiya lüğəti”ndə çarşab sözünün çadır və şəb sözlərindən əmələ gəldiyini, “gecə çadırı”, “qara çadır” mənası verdiyini yazır.
Zalım Kürdoğlu qılıncı çevirib, onu öldürdü. Tez bir çadirşəbin arasına büküb sandığa qoydu. (“Şahzadə Əbülfəz”)
Azərbaycan dastanlarının leksikasıÇahar sözünün təhrif olunmuş şəklidir, “dörd” deməkdir.
Dastanlarda hər iki formada: həm çar, həm çahar kimi işlənir.
Vətənimdən etdin məni didərgin,
Çərxin dönsün, fələk, Heydərim ağlar!
Bu duman, bu çiskin, bilməm ki, nədi,
Çar tərəfin nədən qar alı, dağlar?
(“Aşıq Qərib”)
Azərbaycan dastanlarının leksikasıBöyük baş yaylığı.
Ara ipəyi dördqat ipək telindən ibarət olduğu üçün çarqat (çahar qat) adlanır.
Nigar xanım o saat Pəri xanımın çarqatına bircə qırnıq sürmə çəkdi. (“Qurbani”)
*
O zəhri zülfləri, köksündə çəprəs,
Zər zərbab üstündən ətlası çərkəs,
Yaxası mürəssə, çatqısı gülgəz,
Çarqatının ucu sürmələnibdi.
(“Qurbani”)
Azərbaycan dastanlarının leksikası