Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

fürqət

Bax: firqət.

Dərdli Kərəm deyər fürqətim qatı,

Kəskindi qılıncı, yüyrəkdi atı,

O İsəvi, mən Məhəmməd hümməti,

Atəşi sərimdə qaldı, nə çarə?

                             (“Əsli və Kərəm”)

Azərbaycan dastanlarının leksikası

gərdan

Bax: gərdən.

Gözləyə-gözləyə qallam yolları,

Yadıma düşübdü şirin dilləri.

Baxış deyər, yarın siyah telləri,

Düzülmüş gərdanda sərasər, hanı?

                                            (“Baxış-Leyla”)

Azərbaycan dastanlarının leksikası

gərdiyar

Bax: girdiyar.

Səni yaradıbdı Cəlilü Cabbar,

Hüsnün kitabının adı gərdiyar...

                                          (“Qurbani”)

Azərbaycan dastanlarının leksikası

girdikar

Bax: girdiyar.

Sığıl girdikara, tapginən qərar,

Zülmə dözüb, səbir eləmək çağıdı.

                            (“Dilsuz və Xəzangül”)

Azərbaycan dastanlarının leksikası