El adətindən kənara çıxmaq.
Əməkhaqqı.
Ayıb olmaz mərdin heç nərəsində,
Əslində, bətnində, nə zərrəsində,
Namərd çovuş olsa kənd arasında,
Gedər o divandan donluq davalar.
(“Qurbani”)
Toplamaq, yığmaq.
Gülşən bağda bitər nərgiz,
Onu döşürər gəlin, qız.
Tərif söylədin ürəksiz,
Beləmi öyülər gözəl.
(“Fərhad və Şirin”)
fars. dud – tüstü, duman
Ahın tüstüsü.
Dərin-dərin dəryaları boyladı,
Xəncər alıb qara bağrım teylədi,
Oğlu ölmüş Vəzir qəza eylədi,
Getməz damağımdan dudi-ah mənim.
Yuxu, röya.
Bilməm xiyalımdır, yoxsa duş kimi,
Gəldi, keçdi boran kimi, qış kimi,
Dərdli Kərəm yuvasında quş kimi,
Tutdu, yolum-yolum yoldu dərd məni.
(“Əsli və Kərəm”)
Bax: duş.
1. Tələ, cələ.
2. Məcazi mənada: hiylə, kələk, tələ.
İraqdı yollarım, rahimdi uzaq,
Canansız cahan mənim üçün duzaq.
Bənna işi deyil, bəs necə pozaq?
Peymanıma xilaf olan deyiləm.
(“Sam şahzadə”)
Cəhənnəm.
Tahir deyər: işim ahü-zar oldu.
Qaralandı gözüm yaşı, car oldu,
Dağıldı dövlətim tarımar oldu.
Atanı duzəxə sal innən belə!
(“Tahir və Zöhrə”)
İkincı dəfə, bir daha, yenidən, təkrar.
Basdırmışam bu torpağa bir Sayat,
Adın verib qoydum dübarə ayat.
İnsaf eylə, etmə məni namurad,
Ol Kəbeyi-Beytullaya bağışla.
(“Sayat bəy-Səyalı xanım”)
Bax: dübarə.
Bir qətrə yaş tökdün, bir də dübara,
Əqiqdən, yaqutdan, yəməndən ayrı.
Məhəmməd bir neçə qədəm getmişdi. Qoca kişinin “məni qaytar” tafşırığı yadına düşüf, dibara qayıtdı. (“Məhəmməd və Güləndəm”)
Dükan sahibi.
Zöhrənin baxtı açıldı,
Boyuna xələt biçildi.
Bağlı dükanım açıldı,
Gəl ol dükandarım, oğlan!
Həzrət Əlinin atının adı.
Mərdi iyid mərd deyər mərd oğlu mərddən,
Sərraf olan seçər ləli gövhərdən,
Düldülün sahibi ya Şahi-mərdan,
Ağa, məni dərdə salan gəlindi!
(“Seydi və Pəri”)
İkibaşlı, ikitərəfli.
Mərifət bəhrində, ədəb-ərkanda
Bir iyid istərəm lami-ləng ola.
Atı Düldül ola, qılıncı düsər,
Dayanmaz, qabaqda yüz nəhəng ola.
(“Leyli və Məcnun”)
1. Qoşa, iki dənə.
2. Bükülmüş, əyilmiş; ikiqat.
Dastanda 2-ci mənada işlənir.
Eşq əlindən namus-arım qalmadı,
Nə bir səbrim, nə qərarım qalmadı,
Qurbaniyəm, ixtiyarım qalmadı,
Dönmüşəm kamana, qəddimdi düta.