Dastanda ölkə, məmləkət, mahal, əyalət, ərazi mənasında işlənir. (“Koroğlu” dastanının lüğəti)
Müasir dildə “böyük inzibati ərazi bölgüsü” mənasını verir.
Koroğlu üç gün, üç gecə at sürüb, gəlib kürdüstanlı Əhməd xanın vilayətinə çıxdı. (“Koroğlunun Dərbənd səfəri”)
*
Elçilər Cəlalı Koroğludan soruşdular ki, burada yurd salmaqda məqsədi nədi? Şahın sarayı filan yerdədi, nə sözün varsa, gedib ona deyə bilərsən. Yoxsa şahın vilayətini dağıtmaq istəyirsən?! (Paris nüsxəsi, 2-ci məclis)
*
Koroğlunun Xacə Yaqub adlı siqə tacir qardaşlığı var idi. Xacə Yaqub bütün vilayətləri gəzmişdi. Hər yerdən Koroğluya xəbər gətirirdi. (Paris nüsxəsi, 3-cü məclis)
Azərbaycan dastanlarının leksikasıŞübhə, tərəddüd, qorxu, səksəkə. (“Koroğlu” dastanının lüğəti)
Aşıq Cünun Məhbub xanımın bu sual-cavabından bir az vəsvəsəyə düşdü. (“Məhbub xanımın Çənlibelə gəlməyi”)
*
Koroğlugil gedəndən sonra padşahın ürəyinə vəsvəsə düşdü. (“Koroğlunun qocalığı”)
Azərbaycan dastanlarının leksikası1. Bir şəxsin və ya bir şeyin malik olduğu sifət, keyfiyyət, hal; səciyyə.
2. Tərif, mədh. (“Koroğlu” dastanının lüğəti)
Xacə Yaqub camaatın arasına gəldi. O, on üç-on dörd yaşlarında bir yeniyetmə oğlana rast gəldi. Dil onun camalının, telinin vəsfindən aciz idi. (Paris nüsxəsi, 3-cü məclis)
Azərbaycan dastanlarının leksikasıər. vələd – övlad + zina – qeyri-qanuni əlaqə
Qeyri-rəsmi nikahdan olmuş övlad, bic. (“Koroğlu” dastanının lüğəti)
Dilimizdə təhqir, söyüş mənasında işlənir.
Koroğlu dedi:
– Ey vələdüzna, sən bir pəhləvan kimi yeddi ildi ki, yolu kəsibsən, indi isə bir qaşıq qanın üçün göz yaşı axıdırsan. (Paris nüsxəsi, 2-ci məclis)
*
Koroğlu qəzəblənib:
– Vələdüzna, mənim üstümə gəlirsən – deyəndə, Dəli Mehtər yuxudan oyanıb Koroğluya baş əydi. (Paris nüsxəsi, 6-cı məclis)
Azərbaycan dastanlarının leksikasıBir iş üçün təyin olunan vaxt, müddət. (“Koroğlu” dastanının lüğəti)
İndi sabah yox, o birigün vədəsidir. (“Koroğlunun İstanbul səfəri”)
*
Vədədən çox keçmişdi. Dəmirçioğludan xəbər gəlmədi. (“Koroğlunun Ərzurum səfəri”)
Vəd, söz vermə, öhdəyə götürmə. (“Koroğlu” dastanının lüğəti)
Bolu bəy, mən vədəmə doğru çıxıb gəldim. (“Koroğlu ilə Bolu bəy”)
Azərbaycan dastanlarının leksikasıŞey, mal. (“Koroğlu” dastanının lüğəti)
Dəmirçioğlu düşməz gücdən,
Qorxmaz müxənnətdən, bicdən,
Bac allam nağdıdan, vecdən,
Dəmirçioğlu mənəm, mənəm!
(“Koroğlunun Ərzurum səfəri”)
*
Polad şeşpər ilə əzəm başını,
Axıdam gözündən qanlı yaşını,
Cida ilə ölçsəm al-qumaşını,
Nağdın da olmasa, vec alam gedəm.
(“Koroğlunun Ərzurum səfəri”) (“Cünun–Əli”)
Vecə qoymamaq: vecinə almamaq, saymamaq, etina etməmək. (“Koroğlu” dastanının lüğəti)
Bildi ki, tacirdən xeyirli söz çıxmaz, nədisə paxıllığından bir çuğulluq eləyəcək, onu da Koroğlu vecə qoymayacaq. (“Mərcan xanımın Çənlibelə gəlməyi”) (İ.A.,B.A.)
Azərbaycan dastanlarının leksikası