1. Yuxu.
2. Hadisə, əhvalat, macəra.
Dastanlarda 1-ci mənada işlənir.
Ustadlar deyirlər ki, İrvahım günbəzdə yatıb vağyada gördü ki, Heratda Fətəli xanın qızı Hüreynisə xanımı ona buta veriblər. (“İrvahım”)
*
Məni bu yola dəlalət eləyən kişi var, gəl o kişini çağır, bəlkə, sənə köməyi dəydi. Həmin vağyasında gördüyü kişini görək necə çağırdı və nə dedi ... (“Sam şahzadə”)
Azərbaycan dastanlarının leksikasıFəryad, fəğan, şivən, qışqırıq.
Bu zaman göy guruldadı, bir ildırım şığıyıb vəzirin evinin üstünə düşdü... Nərilti, gurultu hər yeri bürüdü. Cəlladlar Qurbanini qoyub qaçdılar. Vəzir evinin, uşağının hayına qaldı. Qurbani yaddan çıxdı. Vanəfsə, şivən Gəncə şəhərini tutdu. (“Qurbani”)
Azərbaycan dastanlarının leksikası