Sədəqə, qurban.
Təsəddüq olmaq (qurban olmaq) şəklində çox işlənir.
Mələksuma dedi:
– Təsəddüqün olum, mənim nə həddim var ki, səninlə çörək yeyəm? (“Tahir və Zöhrə”)
*
Vəzir dedi:
– Təsəddüqün olum, sən mal-dövlətini üç qisim elə. İki qismini fağır-füğaraya payla, bəlkə, evladın ola. (“Şah İsmayıl”)
*
– Tasaddığın olum, bu cavanı öldürmək yaxşı deyil. Onda bizə el töhmət elər ki, qonağı öldürdülər. Buyur, zindana salsınlar. (“Novruz”)
Azərbaycan dastanlarının leksikasıMizrab.
Qurbani sazın zilini zil, bəmini bəm eləyib basdı döşünə, təzənəni simlərə çəkib elə bir qıfılbənd dedi ki, Dədə Yediyar qaldı gözlərini döyə-döyə. (“Qurbani”)
*
Pəri xanım on iki hörük saçınnan bir tel ayırıb döşünə basdı, mərcan dırnaqlarını təzənə eləyib görək anasına nə dedi... (“Abbas və Gülgəz”)
Azərbaycan dastanlarının leksikasıQiymətli şal parça; tirməşal.
Tirmə zolaqlı və saya naxışlı olur. Tünd-sürməyi yerlikli, zoğalı-qırmızı, sarı rəngli saplarla işlənmiş, buta naxışlı, misqalı adlanan tirmə parça qızıla bərabər tutulurdu.
Geyib sallanmadıq yarın elinə
Tirmə şallar xub yaraşır belinə.
Əcəb getdi Şəmi qara əlinə,
Əl-əldən üzüldü, İrvahım getdi.
(“İrvahım”)
Baxdı ki, bu əynində çuxa, ayağında bağdadı başmaq, başında tirmə şal, enlikürək, qarnıyoğun bir kişidi.
(“Durna teli”)
Azərbaycan dastanlarının leksikasıHər hansı bir hakimin tabeliyində olan əraziyə ayaq basdıqda alınan vergi, rüsum.
Dağlarla, düzlərlə ov ovlaya-ovlaya o qədər getdilər ki, yenə özgə padşahın torpağına addadılar. Vəzir irəli yeriyib dedi:
– Şahzadə, bura özgə padşahın torpağıdı. Bizdən torpaqbasdı alarlar. (“Şah İsmayıl”)
*
Dedi:
– Burdan keçən torpaqbasdı verib keçməlidir.
Sam dedi:
– Ey ərəb, gəl bizi incitmə, bir qədər qızıl, gümüş verim, izin ver, keçək.
Ərəb cavab verdi:
– Mana uzunçuluq lazım deyil, ya hamınızı qıracayam, ya da adambaşına torpaqbasdı verəcəksiniz. (“Sam şahzadə”)
Azərbaycan dastanlarının leksikasıTorpaq.
Gəl, biçarə Qurbani, gərək bu cəbrə dözəsən,
Əl uzadıb o yasəmən bağdan bir gül üzəsən,
Yaxşı yetirdin əlliyə, altmışa sən, yüzə sən,
Əslimiz turabdandır, məskənimiz kan, gözəl.
(“Qurbani”)
*
Bir dəm səyyah olur, qılınc qurşanır,
Bir dəm turab olub yerə döşənir.
Bir dəm haqdan qorxu çəkir, üşənir,
Bir dəm padşahnan bac olur könül.
(“Əsli və Kərəm”)
Azərbaycan dastanlarının leksikasıBax: narınc.
Duruban söygilən narınc, turuncu,
Gəl şadıman eylə könüldə rənci.
Gəl oyna aşıq-qoz, gah da şətrənci,
Gah istəsən tökək içək çay, quzu.
(“Sayat bəy-Səyalı xanım”)
*
Sənəm, sən gəzən yerə qurban canım,
Bağda güllü əmbərlər açıldı gül-gül.
Heyvası, turuncu, meyvəsi, narı,
Budağında güllər açıldı gül-gül.
(“Şahzadə Seyfəlmülük və Bədiəlcamal”)
Azərbaycan dastanlarının leksikasıTutuquşu.
Tutini bənd eylər şirin dilləri,
Şümşad barmaqları, nazik əlləri,
Gülabətin saçı, qara telləri,
Töküləndə dal gərdanə yaraşır.
(“Koroğlunun Ərzurum səfəri”)
Bir mina gərdənli, durna boğazlı,
Bir alma yanaqlı, bir şəhla gözlü,
Tuti danışıqlı, qumru ağızlı,
Şirin dili canım aldı, Koroğlu!
(“Koroğlunun Ərzurum səfəri”)
See also:
Azərbaycan dastanlarının leksikası