1. İşıq, şüa.
2. Aşkara çıxma, əyan olma, göz qabağına gəlmə. (“Koroğlu” dastanının lüğəti)
Adım qoç Koroğlu, Urumda bəlli,
Səni gördü ürək, tapdı təsəlli,
Sən oğlu, mən ata, sümmü təcəlli,
Səri durna telli Eyvaz, ağlama!
(Əndəlib Qaracadaği. “Şeirlər məcmuəsi”)
Azərbaycan dastanlarının leksikasıBax: təfərinclə. (“Koroğlu” dastanının lüğəti)
Koroğlu təfərinclə baxanda nə görsə, yaxşıdı, gördü ki, gələnlər Xoca Yaqubla Dəli Həsəndi. (“Mahru xanımın Çənlibelə gəlməyi”) (İ.A., B.A.)
Mələk dayə gözünü qıyıb təfərrinclə müsahibinə baxdı, dedi...
(“Mahru xanımın Çənlibelə gəlməyi”) (İ.A., B.A.)
Azərbaycan dastanlarının leksikasıİp, örkən. (“Koroğlu” dastanının lüğəti)
Bəli, cəlladlar tənabları yağlayıb hazırladılar. Təbil vuruldu.
(“Durna teli”)
Dəlilər tənabları qılıncladılar. Eyvazı, Dəmirçioğlunu, Bəlli Əhmədi azad elədilər.
(“Durna teli”)
Qoyun bədöylər kişnəsin,
Misri qılınclar işləsin,
Kimi tənab qılınclasın,
Kiminiz düşman üstünə.
(“Durna teli”)
Azərbaycan dastanlarının leksikası