Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

qələndəri

Bax: qələndəranə. (“Koroğlu” dastanının lüğəti)

Qoruğa çatdıqda gördü ki, Eyvaz bir qələndəri çadır qurub əlli-altmış atlı da yan-yörəsini kəsib. Koroğlu öz-özünə fikirləşib dedi: “Yəqin Eyvaz bu əlli-altmış nəfəri özünə nökər gətirib. ..” (Paris nüsxəsi, 10-cu məclis)

Azərbaycan dastanlarının leksikası

qəhər

Bax: qəhr. (“Koroğlu” dastanının lüğəti) 

Qoç Koroğlu qonar olsa yəhərə,

Yağı düşmənləri salar qəhərə,

Axurda arpasın qoymaz səhərə,

Dara düşsəm, mənə kömək Qıratım.

                                (“Koroğlunun İstanbul səfəri”)

                     *

Qabaqda qalırmı arpan səhərə?

Üzəngilər nə yaraşır yəhərə...

Dəlilər salmışdı məni qəhərə,

Alma gözlüm, qız birçəklim Qırat, gəl!

                               (“Həmzənin Qıratı aparmağı”)

Azərbaycan dastanlarının leksikası

qəflə

Bax: qafilə. (“Koroğlu” dastanının lüğəti)

Mal da, pul da, qəflə də, qatır da, nökər də hamısı qurbandı sənə. (“Koroğlunun Bayazid səfəri”)

Azərbaycan dastanlarının leksikası

qəflə-qatır

Bax: qafilə. (“Koroğlu” dastanının lüğəti)

Gün o gün oldu ki, Əhməd tacirbaşı qəflə-qatırla gəlib çıxdı Çənlibelin on beş, iyirmi ağaclığına. (“Koroğlunun Bayazid səfəri”)

*

Sözü tamam olandan sonra Koroğlu, yeddi yüz dəli, qəflə-qatırla birlikdə Göycəbeldən yola düşdü. Mənzilbəmənzil gəlib Qazlı gölə çatdılar. (Paris nüsxəsi, 2-ci məclis)

Azərbaycan dastanlarının leksikası