Qədim türklərdə geyim növü; don.
Arxalıq kimi qaftan da qol, gövdə, ətəkdən ibarətdir, ancaq arxalıqdan fərqli olaraq qaftan uzunətəklidir.
Yarı tapam, xına yaxam əlinə,
Alıb gedəm vətəninə, elinə.
Nə olar ki, sarılaydım belinə,
Kəmər ağlar, qaftan ağlar, bel ağlar.
(“Əsli və Kərəm”)
Azərbaycan dastanlarının leksikasıDastanlarda yazı, xətt, hərf mənasında da işlənir.
Almışam dərsimi, qaranı gördüm?
Qoynunda bəsləndim, haranı gördüm?
Əmrahın göysündə yaranı gördüm,
Söylə, Səlminazım, nədən küsmüsən?
(“Əmrah”)
*
Açdım kitabımı baxdım qarayə,
Göründü gözümə yaşılbaş sona.
Kitabım, kəlamım, dərsim, əzbərim,
Durubdur qarşımda, baxıram ona.
(“Baxış-Leyla”)
Azərbaycan dastanlarının leksikasıQatı, qəddar.
Qarı düşmən bir də gəlib dost olmaz,
Əlin tutub yalvarasan yüz ha yüz.
(“Nəcəf və Pərzad”)
Dastanlarda həm xeyri, həm şəri təmsil edən obraz.
Qarıların cürbəcür adları var: qarı var, ipək, qarı var, köpək, qarı var, zol gəzən, qarı var, zol qırtan, qarı var, qanqal qopardan, qarı var, iman-quran nəsib olsun. Qarı var, ilan, qurbağa, çayan cəmdəyinə dolsun. Qarı var, qılçasından tut at dalına, ağzı harda durar, durar. (“Nəcəf və Pərzad”)
*
Qarılar cürbəcür olur: Pərcahan, Hürcahan, Zorcahan; Napak qarı, İpək qarı, Köpək qarı... (“Alı xan”)
*
Dünyagörmüş qarıları yığdılar. Bir iman-quran qarı var idi. Görən kimi dedi:
– Buna ağası buta verib. (“Müğüm şah”)
Azərbaycan dastanlarının leksikası1. Uca, bərk, zil.
2. Möhkəm, ağır, tutarlı.
Qayım-qədim (qaim-qədim) şəklində də işlənir.
Qayım olsun yar ovlağı,
Budur yar gəldi, yar gəldi!
Yıxıbdır çadır-otağı,
Budur yar gəldi, yar gəldi!
(“Abbas”)
*
Paşam, bu tərlanı tərif eləyim,
Əzəl yaxşı olar ağı tərlanın.
Qızıldan qumroyu, ətlas düyməsi,
Qayım-qədim olsun bağı tərlanın.
(“Əmrah”)
Azərbaycan dastanlarının leksikası