Püfləmək, ağıza doldurulmuş havanı və s. birdən buraxmaq. (“Koroğlu” dastanının lüğəti)
Bir igid istərəm yayımı əyə,
Qoç igidlər kəllə qalxana dəyə,
Çeynərəm dəmiri, püfkürrəm göyə,
Alaqarlı Çəmlibellərim vardı.
(Paris nüsxəsi, 6-cı məclis)
*
Mərd igidin zatın bülləm,
Müxənnət üzünə gülləm,
Dəmir çeynərəm, püfkürrəm,
Mən Koroğluyam, Koroğlu.
(Paris nüsxəsi, 5-ci məclis)
Azərbaycan dastanlarının leksikasıGizli, xəlvət. (“Koroğlu” dastanının lüğəti)
Comərd igid heç qaçarmı meydandan?
Qılınc çəkib hayıf alaq düşmandan!
Qorxaq kəslər boyun əyib pünhandan,
Sinilib xəlvətdən baxan gündü bu.
(“Hasan paşanın Çənlibelə gəlməyi”)
*
Pünhanı sövdayar qardaş,
Aparırlar pünhan məni.
Ərənlərə qurban bu baş,
Aparırlar pünhan məni.
(“Koroğlu ilə Bolu bəy”)
Azərbaycan dastanlarının leksikası