1. Qoca, çox yaşlı kişi, ixtiyar
2. Məcazi mənada: ustad, müəllim. (“Koroğlu” dastanının lüğəti)
Koroğlu çağırır genə Səfəri,
Yox imiş dünyanın sonu, səməri,
Qıraram dəstəni, vurram nəfəri,
Ərənlərin piri yanımda gərək!
(“Koroğlunun Qars səfəri”)
Ocaq; müqəddəs sayılıb ziyarət edilən qəbir, ağac və s... (“Koroğlu” dastanının lüğəti)
Xoca Əziz əvvəl elə bildi ki, Koroğlu deyir aparırlar pirə məni. Fikirləşdi ki, yəqin Koroğlu dəli olub, dəlilər onu pirə aparırlar. (“Koroğlu ilə Bolu bəy”)
Azərbaycan dastanlarının leksikasıGələn adamı qarşılama, qabağına çıxma. (“Koroğlu” dastanının lüğəti)
Gözəllər pişvaza gələr,
Doğan ana qədrin bilər,
Alnın açıq, üzün gülər,
Nə şirindir suyun, Eyvaz!
(“Eyvazın Çənlibelə gətirilməyi”)
*
Qurbanlar yıxıldı yerə, cahi-cəlal ilə gəlib çatdılar xanlar qapısına. Ələmqulu xan özü yerindən durub onları pişvaz elədi. (“Qulun qaçmağı”)
Azərbaycan dastanlarının leksikasıAğzı gen, dibi dar balaca içki qabı; qədəh // bu qabın çay içmək üçün olan növü. (“Koroğlu” dastanının lüğəti)
Alıb piyaləni içən sağıdan,
Qorxmayın hər yetən qanlı yağıdan...
(“Koroğlunun Qars səfəri”)
*
– Bir cavan istərəm bu piyaləni mənim əlimdən alıb içə, gedə Həsən paşanın bağından bir neçə kabablıq durna vurub gətirə, kabab çəkib yeyək. (Paris nüsxəsi, 9-cu məclis)
Azərbaycan dastanlarının leksikası