1. And, əhd.
2. Bağlaşma, razılaşma. (“Koroğlu” dastanının lüğəti)
Mən qoç Koroğluyam, çıxdım qalannan,
Ərzəmi götürüb divana gəldim.
Xotkarın oğluynan peyman eylədin,
Fikrimi zay etdim, imana gəldim.
(“Pərizad xanımın Çənlibelə gəlməyi”) (İ.A., B.A.)
Bax: peymana. (“Koroğlu” dastanının lüğəti)
Qoç Koroğlu deyər noldu,
Peymanım qan ilə doldu,
Gördün qənim güclü oldu,
Sal bir yana, qaç bir yana.
(Paris nüsxəsi, 10-cu məclis)
Azərbaycan dastanlarının leksikası1. Qanad. Dəyirmanın pəri – dəyirmanın qanadları.
2. Baş. (“Koroğlu” dastanının lüğəti)
Birdən dəyirmançının başı dəyirmanın yeyin-yeyin işləyən pərinə toxundu. (“Koroğlunun Toqat səfəri”) (Hümmət Əlizadə)
*
Bir cidası vardı, başı qoşa pər,
Meydana girəndə əsrəmiş bir nər...
(“Koroğlunun Ərzurum səfəri”) (İ.A., B.A.)
Azərbaycan dastanlarının leksikası1. Damın üstünə, taxta və ya küləşin altına qoyulan tir.
2. Tavan. (“Koroğlu” dastanının lüğəti)
Çəkib dəyirmanın bir tərəfini sökdü, pərdilərdən ocaq çatdı, xamırı çörək bişirdi. (“Həmzənin Qıratı aparması”)(İ.A., B.A.)
*
Roşən baxıb gördü ki, pərdinin arasında bir iynə boyda deşiy var. (“Koroğlu”) (Hümmət Əlizadə)
Azərbaycan dastanlarının leksikasıYekə, zorba, zırpı. Bəzən təhqir və söyüş mənasında da işlənir. (“Koroğlu” dastanının lüğəti)
Gördü bir iri karvan qoruqda çadır qurub, iki pəzəvəng osmanlı da çadırların birinin qabağında oturub nərdtaxta oynayır. (Paris nüsxəsi, 7-ci məclis)
*
– Qoca kaftar, nə qədər dərinə saman təpdirməmişəm, bu mürtəd pəzəvəngin kim olduğunu söyləməlisən. (“Zərnişan xanımın Çənlibelə gəlməyi”) (İ.A., B.A.)
Azərbaycan dastanlarının leksikası