Kiçik yaşayış məntəqəsi, kiçik kənd. (“Koroğlu” dastanının lüğəti)
Çənlibelin obasında,
Könlüm xan Eyvaz yasında,
Çalxanır qan dəryasında,
Gəlmədi Eyvaz, gəlmədi.
(“Koroğlunun Bayazid səfəri”)
*
Həsən paşaya xəbər çatdı ki, obaya bir aşıq gəlib, oxuduqlarının hamısı at tərifindən başqa bir şey deyil. (Paris nüsxəsi, 6-cı məclis)
Azərbaycan dastanlarının leksikasıKarvansaralarda otaqlara baxan, onların açarlarını özündə saxlayan adam. (“Koroğlu” dastanının lüğəti)
Odabaşı qabağa gəldi. İsabalı kişinin ovcuna bir əşrəfi qoyub dedi:
– Hər günümə bir əşrəfi verəcəyəm.
Odabaşı sevinib ona təmiz bir hücrə hazırladı. İsabalı on-on iki gün İstanbulda qaldı. (Paris nüsxəsi, 12-ci məclis)
Azərbaycan dastanlarının leksikası