fars. na – ön söz, çağ
Nasaz, kefsiz, xəstə kimi, süst, əzgin, xəstəhal. (“Koroğlu” dastanının lüğəti)
Qoç quzudan quzu törər qoç olar,
Qoç igiddən qoçaq olar, sultanım!
Mərd igidlər dava günü şad olar,
Müxənnətlər naçaq olar, sultanım!
(“Eyvazın Çənlibelə gətirilməyi”)
*
Ay ağalar, qovğa günü gələndə,
Başı ağrur, naçaq olur müxənnət.
At zərbindən qulaqları tutulur,
Gühdan-güha qaçaq olur müxənnət.
(Paris nüsxəsi, 12-ci məclis)
Azərbaycan dastanlarının leksikasıCanişin. (“Koroğlu” dastanının lüğəti)
Dəlilərim, gəlin bir-bir oturun,
Eyvaz nayıb olsun ta mən gəlincə,
Rumdan Şama avazəsin götürün,
Tabesiz Eyvaza ta mən gəlincə.
(“Koroğlunun Bayazid səfəri”) (“Bəşir Əsəd”)
*
Koroğlu sözünü tamam elədi. Eyvazı nayıb tikib, Qıratı tapşırdı Eyvaza. (“Koroğlunun Bayazid səfəri”)(“Bəşir Əsəd”)
Azərbaycan dastanlarının leksikası