1. Toyda, nişanda paylanan şirni, pul və s.
2. dial. Toyda ev sahibinə və aşığa verilən pul.
O qədər nəmər yığılır ki, mehtər iki ata yükləyir, yenə yarısı yerdə qalır. (“Baxış-Leyla”)
*
Hasan paşa dedi:
– Atın yeyəsi çoxdan ölüb. Atı hərlə, nəmərini al, get! (“Seydi və Pəri”)
Azərbaycan dastanlarının leksikasıQolsuz üst qadın geyimi.
Dastanlarda mintənə şəklində də işlənir.
Örtübən başına şalı-zər, gəzər,
Abıdan nimtənə, qızıl düymələr,
Yaraşır belinə zərbafdan kəmər,
Çəpkənli, çarqatlı ağ bədən gəlir.
(“Abbas və Gülgəz”)
*
Alışan külk geysən, ziba mintənə,
Qızılgüllər ağ buxağa düzsənə.
(“Qulam-Kəmtər”)
Azərbaycan dastanlarının leksikasıərəb. nəzlə
1. Zökəm, tumov.
2. dial. Baş sətəlcəmi; dişlərin hamısının birdən ağrıması.
Dialektlərdə muzilə, muzula şəklində də işlənir.
Xəbər alma gəl sən yaşın Əhmədin,
Nuzula tökübdür dişin Əhmədin,
Kəs sinən üstünə dişin Əhmədin,
Qoy qanım götürsün bu bağı-alma.
(“Əmrah”)
Azərbaycan dastanlarının leksikası