Ara, aralıq; orta, ortalıq.
Sözün beynəlmiləl, beynəlxalq kəlmələri ilə əlaqəsi var.
Mən də xan babama namə yazaram,
Ara yerdə mabeynini düzərəm;
Əsma xanım qulluğunda gəzərəm,
İki tərlan bir igidə ar deyil.
(“Lətif şah”)
İkinci misranı ara yerdə (aralıqda) aranızı düzəldərəm kimi anlamaq olar. Sözlərin paralel işlənməsi dastanlarda rast gəlinən haldır. Məsələn, mürğ quşu ifadəsində hər iki söz eyni mənadadır.
Azərbaycan dastanlarının leksikasıAy; gözəlin surətinə, qaşlarına işarə kimi də işlənir.
Sərim qurban olsun beylə naqqaşa,
Gətirdin dəstimi damana, Gülgəz!
Ağ üzdə xallara, mah qələm qaşa,
Əbrulərin bənzər kamana, Gülgəz!
(“Abbas”)
*
Süzüb gedən mah camallım,
Sənə qurban dövlət, malım.
Qız, incimə, qadan alım,
Qayıt bəri, qayıt bəri.
(“Fərhad və Şirin”)
Azərbaycan dastanlarının leksikasıBəhanə.
Lazım budu ki, özümü xəstəliyə vurum. Mahna eliyib özünü xəstəliyə vurdu. (“Nəcəf və Pərzad”)
*
Güldüm paşa və Niyar xanımın nişanlısı vəzirin oğlu ova getmək mahnası ilə istədilər ki, Mahmudu zindandan çıxarıb öldürməyə aparsınlar. (“Mahmud-Niyar xanım”)
Azərbaycan dastanlarının leksikasıİşıqlı, parlaq ay.
Dastanlarda müxtəlif variantlarda rast gəlinir: mahtaban, mahu təvan, mahi-təvan.
Qarşıda əyləşib bir sultan kimi,
Canım alır zalım canalan kimi,
Bir dəstə gözəllə mahtaban kimi
Qırmızı geyinib, əlvan gəlibdi.
(“Dilsuz və Xəzangül”)
*
Çıxıbdır çəmən seyrinə,
Hürü qılmandı bu gələn.
Şöləsi düşüb cahana,
Mahu təvandır bu gələn.
(“Bəhram-Gülxəndan”)
*
Heç bilmirsən fikrim, zikrim handadı,
O da mənim kimi yanhayandadı.
Öldürsən də bil ki, gözüm ondadı,
Dönübdür qılmanə, mahi-təvanə.
(“Baxış-Leyla”)
Azərbaycan dastanlarının leksikasıərəb. məta sözünün canlı dildə işlənən forması
Müasir dildə “qiymətli, az tapılan şey, əziz şey” mənasında işlənir.
Dastanlarda “mal, əmtəə” mənasında rast gəlinir.
Ay ariflər, heç kəs yalqız olmasın,
Yalqız işə daşdan divar deyərlər.
Bəzirgansan, aç matahın, xird eylə,
Ararlar, yükündə nə var deyərlər?
(“Aşıq Alı və Əsmər xanım”)
*
Dedilər:
– Axı bu matahını burada töküb, divanə təki hara gedirsən? (“Qulam-Kəmtər”)
See also:
Azərbaycan dastanlarının leksikası