Şahin cinsindən alıcı quş // cürət, hünər, igidlik rəmzi kimi işləni (“Koroğlu” dastanının lüğəti)
Bəlli Əhməd mayil saçına,
Müştaqdı üzdə maçına,
Qarğalar neylər laçına?
Ala gözlü Məhbub xanım!
(“Məhbub xanımın Çənlibelə gəlməyi”)
*
Laçıntək bərədə yatan,
Əmud vuran, şeşpər atan,
Yağılar qol-qola çatan
Düşkün Koroğlu mənəm, mən.
(“Koroğlunun qocalığı”)
*
Bunların da əllərində haman o tüfəngdən var. İndi gərək laçınlar, tərlanlar sarlara baş əyə. Bu gündən belə dünya namərd dünyasıdı.
Azərbaycan dastanlarının leksikasıBoş söhbət, laqqırtı, lüzumsuz və bihudə söz. (“Koroğlu” dastanının lüğəti)
Laf eyləmə, Aslan paşa,
Sədrəzəm qaçdı sandım.
Havadakı humay quşlar
Yuvasından uçdu sandım.
(“Durna teli”)
*
Çox da laf eyləmə, ay Hasan paşa,
Mənim ağır-ağır ellərim vardır.
Əlimə keçəni bağlaram daşa,
Mənim yüz sənintək qullarım vardır.
(“Həmzənin Qıratı aparmağı”) (“Həmzə-Əsəd”)
Azərbaycan dastanlarının leksikası