fars. kalək
Dəyməmiş, yetişməmiş kal qovun // qovunun, yemişin qabığı yaşılımtıl, əti isə bərk olan növü.
Biçirlər yağıların başını ura yerinin kəliyi kimi. (“Mahru xanımın Çənlibelə gəlməyi”) (İ.A., B.A.)
*
Qara paşa gördü ki, qoşunun başı bostan kəliyi kimi yerlə yeksan olur. (“Zərnişan xanımın Çənlibelə gəlməyi”) (İ.A.,B.A.)
Azərbaycan dastanlarının leksikasıBoynuyoğun. (“Koroğlu” dastanının lüğəti)
Qabağında da bir kəlpeysərin birisi dayanıb. (“Həmzənin Qıratı aparmağı”)
*
Adlı-sanlı dəlilər hamısı yan-yana düzülüb qurbanlıq mal kimi yatır. Bir kəlpeysərin birisi də böyrün verib yerə uzanıb. (“Koroğlunun Dərbənd səfəri”)
Azərbaycan dastanlarının leksikasıQədim müharibələrdə düşməni tutmaq üçün uzaqdan atılan ucu ilməkli uzun ip. (“Koroğlu” dastanının lüğəti)
Hay vurram qoşuna tökülər indi,
Salarlar boynuna indi kəməndi
Görməzsən Mehridən şəkəri, qəndi,
Çıx get burdan, məndən sənə yar olmaz.
(“Koroğlunun Dərbənd səfəri”)
*
Namərd nədir özün öyə?
Meydanda mərd igid söyə?
Qaçıb çıxar olsan göyə,
Kəmənd tullayıb tutaram.
(“Koroğlu ilə Dəli Həsən”)
Azərbaycan dastanlarının leksikası1. Xidmətçi qız, qulluqçu.
2. Kölə (qadın), cariyə. (“Koroğlu” dastanının lüğəti)
Elə ki hamı yatdı, səs-səmir kəsildi, əl-ayaq çəkildi, ayağa durub bir dəst pəhləvan paltarı gətirdi, altdan geyinib üstdən qıfıllandı, qılınc qurşandı, nizə asdı, əmud götürdü, haman gündüzkü kənizi çağırıb tapşırılmasını tapşırdı, öz yerində yatırtdı, özü qapıdan çıxıb yola düzəldi. (“Koroğlunun Ərzurum səfəri”)
*
Gördü bir neçə saray adamı qabaqda, onların arxasınca əllərində çovgan olan bir neçə xacə, sonra isə Nigar xanım bir neçə kəniz, incə bel qızla gəlir. (Paris nüsxəsi, 4-cü məclis)
Azərbaycan dastanlarının leksikası