Oxatan, oxla silahlanmış. (“Koroğlu” dastanının lüğəti)
Kamandar atar oxunu
Al eylədim mən çoxunu.
Qırat tökər nal-mıxını,
Daşdı qalanın yolları.
(“Həmzənin Qıratı aparmağı”)
*
Əmr elədi kamandarlar gəldilər. Koroğlu baxdı ki, Ərəb Reyhan onu oxa basmaq istəyir. (“Koroğlunun Qars səfəri”)
Azərbaycan dastanlarının leksikasıYunu döyüb basmaqla hazırlanan sıx qalın material. (“Koroğlu” dastanının lüğəti)
Dəli Həsən əlini Qıratın belinə çəkib onu tumarladı, keçə yəhəri onun belinə qoydu. Koroğlu yaraqlandı, Qıratı minib dəlilərə üz tutub dedi... (Paris nüsxəsi, 3-cü məclis)
*
Çobanın keçədən dörd xurcunu var idi. Koroğlu onları da alıb çiyninə saldı. Çobanın keçə papağını başına qoyub çomağını da əlinə aldı. (Paris nüsxəsi, 3-cü məclis)
Azərbaycan dastanlarının leksikasıKeçid. (“Koroğlu” dastanının lüğəti)
Aşırımlar aşdılar, keçirimlər keçdilər, özlərini Ruma yetirdilər. (“Məhbub xanımın Çənlibelə gəlməyi”)
*
O necə deyərlər, aşırım aşdılar, keçirim keçdilər, axşamüstü özlərini Bayazid kövşəninə yetirdilər. (“Koroğlunun Bayazid səfəri”)
Azərbaycan dastanlarının leksikasıMinik heyvanlarının (adətən, dəvənin) üstündə düzəldilən örtülü yer. (“Koroğlu” dastanının lüğəti)
Nigar xanımı atdan düşürüb kəcavəyə mindirdilər. (“Koroğlunun İstanbul səfəri”)
*
Koroğlu sözünü bitirib, Eyvaza dedi:
– Kənizlərə, nökərlərə xəbər elə kəcavə gətirib Nigar xanımı aparsınlar.
Bir göz qırpımında kənizlər ilə nökərlər Nigar xanımı kəcavəyə mindirib şənlənə-şənlənə Çəmlibelə doğru yola düşdülər. (Paris nüsxəsi, 5-ci məclis)
Azərbaycan dastanlarının leksikasıAçıq-şabalıdı rəngdə at. (“Koroğlu” dastanının lüğəti)
Özü də, deyirlər, bir kəhər at gətirib, bir kisə də qızıl. (“Koroğlunun Ərzurum səfəri”)
*
Kəhər minmək yaxşı olur uğura,
Könül bu bədövun sevdasındadı.
Dizi qərə, boynu bənzər buğura,
Könül bu bədövün sevdasındadı.
(Paris nüsxəsi, 6-cı məclis)
Azərbaycan dastanlarının leksikasıfars. kakul
1. Bəzi quşların başında topa şəklində tük; // at və bəzi heyvanlarda qulaqları arasından sallanan tük topası.
2. Kişilərdə alına tökülən saç. (“Koroğlu” dastanının lüğəti)
Dastanlarda qadınların kakilindən də söz açılır.
Qırat, sənin oynaxların
Baharıla yaz olaydı!..
Kəkilin müşgün ənbəri,
Boyun səlminaz olaydı!..
(“Koroğlunun Bayazid səfəri”) (“ Bəşir Əsəd oğlu”)
*
Eyvazın rüxsarı güldür,
Siyah kəkülü sünbüldür, broy!
Koroğlunu öldürsən, öldür,
Yar, gözünə qurban olayım!
(M.Elyas. “Nəğmələr kitabı”)
Azərbaycan dastanlarının leksikası