Dustaqların ayağına vurulan bənd, bağ. (“Koroğlu” dastanının lüğəti)
Xəlil paşa hökm elədi, üçünün də ayağına kündə vurub, zindana saldılar. (“Koroğlunun Bayazid səfəri”)
*
Xacə şəkli Koroğluya verdi. Koroğlu Eyvazın şəklini görən kimi səbr qərarını itirdi. Koroğlu Dəli Həsəni yanına çağırıb dedi:
– İki haça ilə bir kündə hazırla. (Paris nüsxəsi, 3-cü məclis)
*
Xacənin boynuna haça, ayağına kündə vurub zindana apardılar. (Paris nüsxəsi, 3-cü məclis)
Azərbaycan dastanlarının leksikası1. Ailə.
2. Arvad. (“Koroğlu” dastanının lüğəti)
Bir sürü külfətim var. (“Koroğlunun Dərbənd səfəri”)
*
– Koroğluya canım qurban, ildə bir dəfə ona alma aparıram, o mənə o qədər dolanışıq verir ki, bütün il boyu özüm də, külfətim də doyunca yeyirik. (Paris nüsxəsi, 8-ci məclis)
Azərbaycan dastanlarının leksikasıəsli fransızcadan
1. İri daş balkon (sarayda, qəsrdə və s.də).
2. Talvar. (“Koroğlu” dastanının lüğəti)
Günlərin bir günündə Aşıq Cunun gəzə-gəzə gəlib Ruma çıxdı. Şəhərin küçələrini gəzirdi, birdən külafirəngidə bir gözəl gördü. (“Məhbub xanımın Çənlibelə gəlməyi”)
Azərbaycan dastanlarının leksikasıAllahın, dinin varlığı və əsaslarını təşkil edən müddəaları danma və bu barədə deyilən söz. (“Koroğlu” dastanının lüğəti)
Mən qoç Koroğluyam, çıxdım qalamdan,
Götürüb ərzəmi qurbana gəldim.
Xotkar oğlu ilə peyman bağladım,
Küfrü zay elədim, imana gəldim.
(“Məhbub xanımın Çənlibelə gəlməyi”) (“Ağca Quzu”)
Azərbaycan dastanlarının leksikasıTaxıl əkilmiş yer; zəmi; taxılı biçilmiş tarla. (“Koroğlu” dastanının lüğəti)
Dağlarda, daşlarda, kövşənlərdə Alı kişinin ayağı dəyməmiş bir qarış da yer qalmamışdı. (“Alı kişi”)
*
İlxı odu Qara xanın qoruğunda, Dəli Mehtər axtarır Çənlibelin kövşənlərini. (“Düratın itməyi”)
*
Gəlhagəl, gəlhagəl, gəlib çatdılar Ələmqulu xanın kövşəninə. (“Qulun qaçmağı”)
Azərbaycan dastanlarının leksikası