1. Aşağı təbəqədən olan; nökər.
2. Məcazi mənada: görməmiş.
3. Fəqir, yazıq, binəva. (“Koroğlu” dastanının lüğəti)
Al Koroğlu sədasını,
Keç dəryalar adasını,
Paşasını, gədasını
Bir-birinə qat, Eyvazım!
(“Mərcan xanımın Çənlibelə gəlməyi”) (İ.A., B.A.)
*
Mən aşığam, küsən ər,
Ağac bara küsənər.
Kimə şikayət eylər
Bir gədadan küsən yar?
(“Mərcan xanımın Çənlibelə gəlməyi”) (İ.A., B.A.)
Azərbaycan dastanlarının leksikasıAtəşpərəst, Zərdüşt dinində olan. (“Koroğlu” dastanının lüğəti)
Bolu bəyim, tanı məni,
Gör necə bəbir, bəbirəm.
Öldürrəm, insafım yoxdu,
Bir dinsiz gəbir, gəbirəm.
(“Koroğlu ilə Bolu bəy”)
*
Koroğlu fikrə gedib öz-özünə dedi: “Bolu bəy düz deyir, mən bəbirəm, gəbirəm, dəmirəm sözlərindən iş çıxmaz. Qolu bağlı, boynu zəncirli bir adamın özünü öyməyi gülüncdü”. (Paris nüsxəsi, 11-ci məclis)
Azərbaycan dastanlarının leksikasıYenə. (“Koroğlu” dastanının lüğəti)
Ay həzərat, ay camaat,
Ürək zərd oldu, zərd oldu!..
Genə namərdin sözləri
Cana dərd oldu, dərd oldu!
(“Koroğlunun qocalığı”)
*
... Hasan paşa nədi, lap xotkar özü də bütün dünyanı yığıb Çənlibelə töksə, genə də bir adam bu yerlərdən keçə bilməz. (“Koroğlunun Qars səfəri”)
Azərbaycan dastanlarının leksikasıGözün üstündə qaşın var deyə bilməmək. (“Koroğlu” dastanının lüğəti)
– Dayan, gör xotkar bizə nə ənamlar göndərəcək… Zarafat deyil ha… Hələ indiyə kimi bir paşa Koroğlunun bir dəlisinin gözünü piləyə bilməyib. Mənə Aslan paşa deyərlər. (“Durna teli”)
Azərbaycan dastanlarının leksikasıGüc, qüvvət, taqət. (“Koroğlu” dastanının lüğəti)
Üst yanı dağ, təpə, dərə,
Müxənnətlər düşər girə,
Mərd igidə olan bərə,
Nigar, Çənlibel budu, bu!
(“Koroğlunun İstanbul səfəri”)
*
Cəfər paşa, get, səni Telli xanıma bağışladım, amma bir də girimə keçsən, öldürəcəyəm. (“Koroğlunun Ərzurum səfəri”)
See also:
Azərbaycan dastanlarının leksikası