1. Yaraşıq üçün alına tökülən saç telləri.
2. Ümumiyyətlə saç.
3. Atın yalından ayrılıb alnına tökülən tük dəstəsi. (“Koroğlu” dastanının lüğəti)
Koroğlunun yarı göyçək,
Ağ üzünə töküb birçək,
Mədəd eylə, bir əncam çək,
Çəkincən gözlərəm səni.
(“Koroğlu ilə Bolu bəy”)
*
Çənlibeldən səni deyib gəlmişəm,
Alma gözlüm, qız birçəklim Qırat, gəl!
(“Həmzənin Qıratı aparmağı”)
Azərbaycan dastanlarının leksikasıBurula-burula əsən külək. (“Koroğlu” dastanının lüğəti)
Koroğlu Qıratın üstündə bir boğanaq oldu, gözdən itdi. (“Koroğlunun Bayazid səfəri”) (İ.A., B.A.)
*
Söz Koroğlunun ağzından qurtarar-qurtarmaz dəlilər boğanaq olub Ağ şəhərə tərəf üz qoydular. (“Zərnişan xanımın Çənlibelə gəlməyi”) (İ.A., B.A.)
Azərbaycan dastanlarının leksikası1. Uca səslə yanıqlı ağlamaq.
2. Dəvənin öz balasını axtararkən böyürməsi. (“Koroğlu” dastanının lüğəti)
Dastanda məcaz kimi işlənib.
Nağara döyülür, kərənay bozlar,
Ərəb atlar macal tapmaz qəçənə.
Bundan baş gətürən hesabə keçməz,
Qoç igidə yarə gərək nişanə.
(Paris nüsxəsi, 12-ci məclis)
Azərbaycan dastanlarının leksikasıBaş geyimi, papaq. (“Koroğlu” dastanının lüğəti)
Başına qoyubdu qızıldan börkü,
Baxırdı yerindən kərgədən təki,
Əyninə geyibdi nəzburdan kürkü,
Alıb məni yerə çaldı bəzirgan.
(“Koroğlunun Ərzurum səfəri”) (“Cünun-Mirzə”)
*
Kənizlər Koroğlunun yatağını salmışdılar. Koroğlu soyunub gecə börkünü başına qoydu, yerinə girib uzandı. (Paris nüsxəsi, 11-ci məclis)
Azərbaycan dastanlarının leksikasıYeri, get. (“Koroğlu” dastanının lüğəti)
Uçub, uçub gəlir Bağdad elindən,
Yer hay, məlum, çəkərəm, broy!
Yorulubdur, yol çəkibdir, yol, sonam,
Yol, yavrum, broy, broy!
(M.Elyas. “Nəğmələr kitabı”)
*
Bağdaddan gələn beş durnam,
Yoluna qurban olayım, broy!
Əgricələr burma-burma,
Yar telinə qurban olayım!
(M.Elyas. “Nəğmələr kitabı”)
Azərbaycan dastanlarının leksikasıMəcazi mənada: döymək, vurmaq, əzişdirmək // öldürmək, doğramaq, kəsmək. (“Koroğlu” dastanının lüğəti)
Hov-hov deyib bu meydana gələndə,
Qoç igidlər bəlli olur meydanda,
Çəkər, qılınc, yoldaş üstə budanar,
Tökülür qoçağın qanı meydanda.
(M.Elyas. “Nəğmələr kitabı”)
Azərbaycan dastanlarının leksikası