XV əsrdə İranda meydana çıxıb sonralar Yaxın Şərqdə yayılmış müsəlman dini təriqətlərindən birinin adı (bu təriqətin müəssisi olan Hacı Bəktaş Vəlinin adından götürülmüşdür). (“Koroğlu” dastanının lüğəti)
Başına qoyubdu bəktaşi börkü,
Çiyninə salıbdı samurdan kürkü,
Mən Koroğluyam, çağırdım türkü,
Beş yüz tümən ənam verdi bəzirgan.
(Paris nüsxəsi, 7-ci məclis)
Azərbaycan dastanlarının leksikasıBilinmək, tanınmaq, aşkar olmaq, aydın olmaq, görünmək. (“Koroğlu” dastanının lüğəti)
Dəlilərim, bu gün dava günüdü,
Müxənnət ölkəsi talanmaq gərək!
Qoç igidlər yarasından bəllənər,
Şərbəttək qanına yalanmaq gərək!
(“Durna teli”)
*
Amma ki Çənlibel karvan yolunun üstündəydi deyin, Koroğlunun sədası hər yerə yayılmışdı. Hər yerdə adı bəllənmişdi. (“Koroğlunun Dərbənd səfəri”)
*
Mənə Bəlli Əhməd deyərlər. Mənim qanım sellənər, sirrim bəllənməz. (“Koroğlunun İstanbul səfəri”)
Azərbaycan dastanlarının leksikasıKeçid, keçilə biləcək yer. (“Koroğlu” dastanının lüğəti)
Ancaq gərək qoşun bəndləri kəsməmiş sən qaladan çıxasan. Yoxsa sonra çətin olar. (“Həmzənin Qıratı aparmağı”)
*
O gündən bütün yollara, bəndlərə, yazılara, kövşənlərə adamlar qoydu ki, “gözdə-qulaqda olun”. (“Koroğlunun Bayazid səfəri”)
Azərbaycan dastanlarının leksikasıKeçid, yol. (“Koroğlu” dastanının lüğəti)
Axırda belə oldu ki, Dəli Həsən dəlilərin üç min say-seçməsini ayırıb, Çənlibelin Toqat baxarındakı bəndərləri tutdu. (“Hasan paşanın Çənlibelə gəlməyi”)
*
İndi, yəqin ki, bütün bəndərləri, yolları kəsiblər. (“Qulun qaçmağı”)
Azərbaycan dastanlarının leksikasıDüşmənin, yaxud ovlanan heyvanın keçə biləcəyi yeganə yer, yol, keçid və s.(“Koroğlu” dastanının lüğəti)
Tanrı, yaman yerdə düşmüşəm dara,
Mənə özün kömək ol, aman, aman!
Tutulub bəndərgah, kəsilib bərə,
Tapmıram çıxmağa yol, aman, aman!
(“Məhbub xanımın Çənlibelə gəlməyi”)
*
Uşaqları yanına alıb Çənlibelin bütün bəndərgahlarını gözdən keçirtdi. Baxdı ki, vallah, dəlilər bəndərgahları elə tutublar, elə pusqular düzəldiblər, elə səngərlər basıblar ki, Hasan paşa nədi, lap xotkar özü də bütün dünyanı yığıb Çənlibelə töksə, genə də bir adam bu yerlərdən keçə bilməz. (“Koroğlunun Qars səfəri”)
*
Elçi dedi:
– Biz buraya axşam çatmışıq. Gecə ilə qoşunu bəndərgahlardan gizlədib, özü yüz-yüz əlli adamla səni bulaq başında gözləyir. (“Hasan paşanın Çənlibelə gəlməyi”)
See also:
Azərbaycan dastanlarının leksikasıBənövşə. (“Koroğlu” dastanının lüğəti)
Qeyd: bənəfşə (bənövşə) bığlar ifadəsi bayatılarımızda da rast gəlinir. Prof. Məhərrəm Qasımlı bu ifadəni bığa xüsusi qulluq edilməsi, ətirli maddələr vurulması ilə bağlayır.
Hay deyib meydan quranda,
Bənəfşə bığlar buranda,
Dişlərim qamaş duranda,
Gərək polad gəmirəm mən.
(“Koroğlu ilə Bolu bəy”) (“Bolu-Şamaxı”)
Azərbaycan dastanlarının leksikasıToxumunda narkotik maddələr olan bitki; bəng otu. (“Koroğlu” dastanının lüğəti)
Koroğlu kağız-qələmi götürüb belə yazdı: “Səhər yeməyinə: bir batman yaxşı bişmiş toğlu əti, bir batman çörək, yarım batman araq, bir batman şərab, min misqal bəng... (Paris nüsxəsi, 12-ci məclis)
Azərbaycan dastanlarının leksikası