Şah Abbasın dövrünə aid, onun adı ilə bağlı olan gümüş pul. (“Koroğlu” dastanının lüğəti)
Sonrakı dönəmlərdə dörd şahılıq ağ pul da abbası adlanıb.
– Ay ağa, nə deyim. Bundan əvvəl çörək bir abbası idi, indi iki abbasıdı, arpa üç şahı idi, indi isə altı şahıdı. (Paris nüsxəsi, 9-cu məclis)
Azərbaycan dastanlarının leksikasıSərsəri // dərviş, qələndər. (“Koroğlu” dastanının lüğəti)
Dialektlərdə bilikli, bilici, həmçinin yetim mənaları da var. Bunda başqa, xalqımızın etnogenezində iştirak etmiş tayfalardan birinin adı abdal olmuşdır. Dastanda avara, axmaq mənasında işlənir.
Dəlilərim, səf-səf durun!
Su üzündə cələ qurun!
Bu abdalın boynun vurun!
Dönsun meydan qana indi.
(“Durna teli”)
Azərbaycan dastanlarının leksikasıfars. ab + süryanicə. niysan
1. Niysan (aprel) ayında yağan yağış.
2. Məcazi mənada: çox axan göz yaşı. (“Koroğlu” dastanının lüğəti)
Keçəl Həmzə asta-asta sərtövləyə yaxınlaşdı. Sərtövlənin qabağında peyinin üstə oturub gözündən abi-leysan kimi yaş tökməyə başladı. (Paris nüsxəsi, 6-cı məclis)
Azərbaycan dastanlarının leksikasıAcmaq. (“Koroğlu” dastanının lüğəti)
Koroğluyam, acalmışam
Xotkarlardan bac almışam,
Deməginən qocalmışam,
Hələ ki, Babay-Əmirəm.
(“Koroğlu ilə Bolu bəy”) (“Bolu–Şamaxı”)
Qeyd: Digər variantlarda 1-ci misra: “Koroğluyam, öc almışam”, “Koroğluyam uc almışam” kimidir.
Azərbaycan dastanlarının leksikası6-7 kilometrə bərabər uzunluq ölçüsü. (“Koroğlu” dastanının lüğəti)
Yeddi ağacdan yeddi ağaca bir qaraltı görcək baxmışam, seçmişəm, quldur, qaçaq olduğunu bilən kimi karvanı götürüb yolu azdırmışam. (“Koroğlunun Bayazid səfəri”)
*
Qıratımın halı gərək
Əşrəfidən nalı gərək,
Yetmiş ağac yolu gərək,
Dərə, təpə düz olaydı.
(“Həmzənin Qıratı aparmağı”) (“Həmzə–Bozalqanlı”)
*
Koroğlu qaladan bir ağac uzaqlaşdıqdan sonra dayanıb Nigar xanımın yolunu gözləməyə başladı. (Paris nüsxəsi, beşinci məclis)
Azərbaycan dastanlarının leksikasıToydan bir neçə gün qabaq qız evinə aparılan qoyun, un, meyvə və s. kimi şeylər. (“Koroğlu” dastanının lüğəti)
Amma iki gündən sonra toy xəbərinin əvəzinə vay xəbəri yetişdi ki, Hüseynəli xanın toy ağaməti gələndə, Koroğlu Xoydan qayıdırmış, rastlaşıblar, Koroğlu onu dünyadan köçürüb. (“Mərcan xanımın Çənlibelə gəlməyi”) (İ.A., B.A.)
Azərbaycan dastanlarının leksikası1. Zəhər.
2. Məcazi mənada: çox acı şey haqqında; zəqqum. (“Koroğlu” dastanının lüğəti)
– Adə Həsən, bu dağlarda qovun-qarpız nədi? Bu necə yerdi? Düş bu qovundan-qarpızdan kəsib yeyək.
Atdan düşdülər. Hansın kəsdilər ağu kimi çıxdı. (“Məhbub xanımın Çənlibelə gəlməyi”) (“Ağca Quzu”)
Yasda, ölü üstündə avazla söylənilən yanıqlı sözlər. (“Koroğlu” dastanının lüğəti)
O gecə səhərəcən dəlilərin zümzüməsinnən, Cünunun bayatısınnan, xanımların ağusunnan, atdarın kişnəməsinnən yer-göy bir-birinə qovuşub “ləbbey” dedi, təkcə Koroğlunun səsi çıxmadı. (“Mərcan xanımın Çənlibelə gəlməyi” (İ.A., B.A.)
Azərbaycan dastanlarının leksikası