Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

çırtmaq

Bax: çırtlamaq. (“Koroğlu” dastanının lüğəti)

Gün çırtanda üç nəfər də götürüb yeridi düşərgəyə. (“Mərcan xanımın Çənlibelə gəlməyi”) (İ.A.,B.A.)

Azərbaycan dastanlarının leksikası

çıqqa

Bax: cıqqa. (“Koroğlu” dastanının lüğəti)

Koroğlu durnanın başındakı çıqqanı yolub, Eyvazın araqçınına sancdı.

Eyvaz dedi:

– Ey Cəlali Koroğlu, daha əmim qızı yoxdu ki, mənə araqçın tiksin. Niyə çıqqa ilə mənim araqçınımı deşdin?  (Paris nüsxəsi, 3-cü məclis)

Azərbaycan dastanlarının leksikası

çərən

Bax: çər. (“Koroğlu” dastanının lüğəti)

Koroğlu dedi:

– Paşa sağ olsun, çərən dəymiş çox yaxşı atdı, bircə o cini olmaya. (“Həmzənin Qıratı aparmağı”)

Azərbaycan dastanlarının leksikası