Hərf və sözlər rəqəm və işarələrlə əvəz olunmuş, yaxud məzmunu kodlarla şifrlənmiş yazılı məlumat.
Məlumatın kodlaşdırılması müəyyən hallarda (məsələn, çıxış əllə yazılarkən) mexaniki üsulla, lakin, əsasən, xüsusi proqramlar vasitəsilə avtomatik həyata keçirilir. K.S.-i yalnız müvafiq proqramla, yaxud kodlaşdırma qaydalarını bilməklə oxumaq olar. Azərbaycan qanunvericiliyinə görə, stenoqramlar və digər formada K.S.-lər informasiya sorğusu vermiş şəxsə təqdim olunarkən istifadə üçün yararlı vəziyyətə salınmalıdır.
Jurnalistika terminləri lüğətilat. cognitio – dərketmə + lat. dissonantia – uyğunsuzluq, qarışıqlıq
İnformasiyanın məqsədli şəkildə xüsusi təqdimat formasının insanlarda yaratdığı psixoloji diskomfort, çaşqınlıq.
Faktlar və hadisələr haqqında məlumatlar elə ardıcıllıqla düzülür, elə ziddiyyətli şəkildə qurulur və sürətlə verilir ki, auditoriya onu qavraya, həqiqətdə nə baş verdiyini dərk edə bilmir. İnsan bu ziddiyyətli məlumatlar içərisində çaşır, onun beyni «qarışır». Belə vəziyyətdə ictimai rəylə manipulyasiya imkanları genişlənir. K.D. effektindən hökumətlər, iri korporasiyalar texnogen fəlakətlər, sosial münaqişələr və müharibələr zamanı istifadə edir.
See also:
Jurnalistika terminləri lüğətifr. collage – yapışdırmaq
1. Təsviri sənətdə müəyyən materialların faktura və rənginə görə onlardan fərqlənən hər hansı müstəvi, yaxud özül üzərində yanaşı yapışdırılması üsulu, habelə bu üsulla yaradılmış əsər.
2. Qəzetlərdə, jurnallarda fotoların bir blokda montajı.
Jurnalistika terminləri lüğətilat. collegium – birlik, yoldaşlıq
Bir qrup vəzifəli şəxsi, yaxud eyni peşə sahiblərini birləşdirən inzibati, məsləhətçi və ya idarəedici orqan.
Mətbuatda, nəşriyyatlarda və bəzi hallarda elektron KİV-də yaradılan belə orqanlar «redaksiya K.-sı» adlandırılır. Redakisya K.-sı, adətən, geniş səlahiyyətlərə malik olur, nəşrin proqramının hazırlanmasında, tematik planların təsdiqlənməsində iştirak edir. Lakin bəzən redaksiya K.-sı cəmiyyətdə yüksək nüfuza malik şəxslərdən tərtib edilir və əsasən, təmsilçilik funksiyası yerinə yetirir.
Jurnalistika terminləri lüğətifr. colonne – sütun + lat. titulus – başlıq, yazı
Səhifənin yuxarı və ya aşağı hissələrində əsas mətndən ayrı yerləşdirilən sətir, xidməti informasiya.
K.-da dövri nəşrin adı, sayı, tarixi, səhifənin nömrəsi, yaxud əsərin və onun müəllifinin adı verilir. Çox vaxt K. mətndən qrafik üsullarla da fərqləndirilir.
Jurnalistika terminləri lüğətilat. color – rəng
Əsərin, materialın dilində, təsvir və təhkiyədə spesifik məqamların məcmusu; özünəməxsus tərz.
K. anlayışı çox vaxt obrazların nitqində, davranışında, məişətində təzahür edən sosial mənşə, xüsusilə millilik elementləri ilə bağlıdır. Müəllif nitqin imkanlarından istifadə edərək etnik detallara nə qədər çox diqqət yetirirsə, milli K. də əsərdə bir o qədər qabarıq nəzərə çarpır və s.
Jurnalistika terminləri lüğətiing. comic < yun. komikos – şən, gülməli
Süjeti təşkil edən hadisələrin şəkillər vasitəsilə nəql olunduğu əsər.
İlk K.-lər XIX əsrin sonlarında ABŞ mətbuatında meydana gəlib. Onlar sosial məzmunlu, komik xarakterli süjetə malik olduqları üçün K. adlandırılıb. Zaman keçdikcə K.-lərin mövzusu genişlənib; burada fantastika, detektiv, superqəhrəmanların macəraları üstünlük təşkil etməyə başlayıb. K. çox vaxt mətnin və vizual təsvirin vəhdətini nəzərdə tutur, buna görə onun, adətən, iki müəllifi (yazıçı və rəssam) olur. Bir sıra K.-lər mövcud əsərlərin süjeti əsasında yaradılır, digərləri elə K. şəklində meydana çıxır və məşhurlaşır. Sten Linin populyar «Hörümçək adam» K.-i yazıçının rəssam Stiv Ditko ilə əməkdaşlığı nəticəsində yaranmış orijinal əsərlərə misaldır.
Jurnalistika terminləri lüğəti