Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

veb-sənəd

Rəqəmsal formatda mövcud olan istənilən sənəd.

Əksər hallarda V-S. «veb-səhifə» anlayışının sinonimi kimi işlə­dilir. Lakin onun daha geniş mənalı termin olduğunu nəzərə alaraq Ümumdünya Hö­rümçək Toru Konsorsiumu (W3C) öz say­tında ona ümumişlək tərif verib.

Jurnalistika terminləri lüğəti

verilənlər bazası

Müxtəlif məqsədlərlə istifadə olunan informasiya vahidlərinin ­sis­temləşdirilmiş toplusu.

«Verilənlər» de­yildikdə məhz bazaya daxil olan informasiya vahidləri – kodlaşdırılmış elektron sənədlər, məlumatlar nəzərdə tutulur. Adə­tən, bir bazadakı verilənlər müəyyən ­predmet sahəsinə aid olur. V.B. əlaqəli sənədlərin saxlanmasını və tez bir zaman­da tapılmasını təmin edir.

See also:

Jurnalistika terminləri lüğəti

verilənlər bazası serveri

Verilənlər massivinin işlənməsi, həmçinin saxlanması və istifadəsini təmin edən server.

Bu server verilənləri bazadan çıxarır, müraciət etmiş istifadəçiyə uyğun dəyişikliklərə uğradır.

See also:

Jurnalistika terminləri lüğəti