Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

uzunmüddətli təsir

1. İnsan yaddaşı və şüurunda dərin izburaxma; proseslərin gələcək inkişafına nüfuzetmə. 

2. Kütləvi ­informasiya vasitələrinin yaydığı məlu­­­matlara, nümayiş etdirdiyi süjetlərə audi­toriyanın davamlı reaksiyası.

U.T. me­­­­xanizminin öyrənilməsi sahəsində təd­qiqatlara 1920–30-cu illərdə önə çıxmış sosial problemlər rəvac verib. Medianın cəmiyyətdə artan zorakılığın və aqressiv­liyin mümkün mənbəyi kimi araş­dırıl­ma­sına başlanıb. İlk mərhələdə məcazi olaraq «dəri altına yeridilmiş iynə» adlandırılan nəzəriyyə üstünlük təşkil edib. Bu nəzə­riy­yəyə görə, medianın U.T. altında insanların düşüncə tərzi və davranışında ciddi dəyi­şikliklər baş verir; məsələn, zorakılıq səh­nə­lərinin ardıcıl nümayişi cəmiyyətdə aq­ressivliyin mənbəyi kimi qiymətləndi­rilir. Tədqiqatların ikinci mərhələsində (1940–1970-ci illər) «məhdud təsir nə­zə­riyyəsi» üstünlük təşkil edib. Kütləvi kom­muni­ka­siya insanların davranışında baş verən də­yişikliklərin çoxsaylı səbəb­lə­rin­dən yalnız biri kimi səciyyələndirilib. Tədqiqatların  1970-ci illərdən genişlənmiş üçün­cü mərhələsində bu sahədə hər hansı dominant nəzəriyyə yoxdur. Alimlərin bir qismi (Huesmann, Lagerspetz, Eron və b.) me­dianın U.T.-ini uşaqların gələcəkdə zorakılığa meyil göstərməsinin əsas səbəbi hesab edir, digər qismi (Sumberbatç, Ho­vitt, Fridman) bu barədə son dərəcə ehti­yatla fikir yü­rü­dür və s.

Jurnalistika terminləri lüğəti