Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

Roma tipli şrift

Əsasını kvadrat, dairə və üçbucaq formalı həndəsi fiqurlar təşkil edən şriftlər ailəsi.

R.T.Ş.-lərin yüzlərlə növü var, oxunması asan olduğu üçün onlardan çapda geniş istifadə edilir. □ Belə şriftlər hələ Qədim Yunanıstanda, Romada yayıl­mışdı. R.T.Ş.-lərə antik Roma abi­də­lərinin üzərindəki yazılarda rast gəlindiyi üçün onları belə adlandırıblar.

See also:

Jurnalistika terminləri lüğəti

RSS xəbər [er-es-es] abreviatura

ing. Rich Site Summary – «say­tın zənginləşdirilmiş xülasəsi» terminində sözlərin baş hərflərindən yaranmış abreviatura

Xəbərlərin xülasəsini, məqa­lə­lərin anonslarını tərtib edərək istifadəçiyə çatdırmaq, onu bloqlardakı yeniliklər ­ba­rədə məlumatlandırmaq üçün texno­lo­gi­ya.

Bu texnologiya aqreqator (topla­yıcı, qruplaşdırıcı) proqramlar əsasında yara­dılıb. Proqramlar elə köklənir ki, avtomatik olaraq istifadəçinin seçdiyi saytlara daxil olur, orada dərc edilmiş yeni xəbərlərin qısa məzmununu və tam mətnə istinadları istifadəçiyə çatdırır. RSS texno­logiyası XX əsrin son illərində hazırlanıb. Abreviaturanın başqa oxunuş formaları da var: RDF Site Summary – resursları təsvir etməklə saytın xülasəsi; Really Simple Syndicati­on – çox sadə yayım.

Jurnalistika terminləri lüğəti

rebrendinq

lat. re – yenidən + ing. brand – damğa

Brendin dəyişdirilməsi, yenisi ilə əvəz olunması; bu məqsədlə həyata keçirilən tədbirlər kompleksi.

See also:

Jurnalistika terminləri lüğəti